Bir çox ölkələrin sərhədlərini müəyyən edən, xoşbəxt olmadığı özünü öldürən casus qadın haqqında MARAQLI FAKTLAR

17-10-2021, 12:58           
Bir çox ölkələrin sərhədlərini müəyyən edən, xoşbəxt olmadığı özünü öldürən casus qadın haqqında MARAQLI FAKTLAR
Onun sevgilisini Gelibolu döyüşündə vətənini müdafiə edən bir türk əsgəri güllələyib ...
Çöl Kraliçası filmində məşhur aktrisa Nikole Kidmanın canlandırdığı casus Gertdude Margaret Lowthian Bell əlində xətkeşlə Yaxın Şərq ölkələrinin sərhədlərini çəkən və ölkələrə “kukla” krallar təyin edən bir qadındır.

Dağçı, tarixçi, yazıçı, dilçi, arxeoloq, kəşfiyyatçı, fotoqraf kimi titullara sahib olan bu qadını yaxından tanıyaq.

bel1.jpg (107 KB)

1868 -ci il təvəllüdlü Bell qadınların təhsil almadığı illərdə Oksfordda Tarix fakültəsini iki ildə bitirib. O, təhsilini fərqlənmə ilə başa vurub. Alp dağlarının heç vaxt insan ayağı dəyməyə zirvələrinə qalxan Bell üzləşdiyi fırtınada 53 saat kəndirdən asılı qalıb. Bellin cəsarəti və möhkəmliyi komandasına güc verib və hər kəs həmin qəzadan xilas olub. Bu gün həmin təpəyə Gertrude Hill deyilir.
At üstündə İraq və Suriyanı keçərək araşdırmalarına davam edib. Qəbilələri, əhali qruplarını, karvan yollarını, su quyularını, yeraltı və yerüstü sərvətləri müəyyən edərək xəritələr üzərində işləyib.


Fransız, italyan və alman dillərini mükəmməl bilən Bell türk, kürd, fars və ərəb dillərini də bildiyi üçün Yaxın Şərqdəki yüzlərlə qəbilə və tayfa ilə asanlıqla əlaqələr qurub. Bir -birinə qarşı qoya biləcəyi və Osmanlı İmperatorluğuna qarşı üsyan qaldıra biləcəyi tayfaları müəyyənləşdirib.


Ərəb dünyasında qadınlığına və ingilis olmasına xələl gətirmədən o qədər sevilib ki, ona “İraqın Tacsız Kraliçası”, “Çöl Kraliçası” və ya “Əl-Hatun” kimi adlar verilib. Bu gün də ərəb dərsliklərində “qəhrəman qadın” olaraq öyrədilir.


Arxeoloji araşdırmalar aparmaqla bütün Orta Şərqi gəzən Bell ingilis maraqları üçün tapıntılarını təhrif etməkdən çəkinməyib. Belin gündəliyində “Hər qəbiləyə “bura sizdən bir parçadır, sizin əsliniz buradır deyib”, inandırmağa çalışırdıq. Çox vaxt da uğur qazanırdıq”,- deyə cümlələr yer alıb.

Ərəb üsyanlarının təşkilatçısı olan ərəbistanlı Tomas Edvard Lourensi də Bell hazırlayıb.


Fotoda Vinston Çörçil, Gertrude Bell və mənəvi oğlu Tomas Edvard Lourenslə birlikdə ...

“Bu səhər bütün vaxtımı Bağdaddakı ofisimdə keçirdim və İraqın cənub sərhədlərini təsvir etdim. Gözəl bir səhər idi ...”

Bu sətirləri gündəliyinə yazan Bell, 1919 -cu ildə bugünkü İraq dövlətinin sərhədlərini çəkib.

Gündəliyinə "Bir daha bir kral yaratmaqla məşğul olmayacağam, bu, çox sinir pozucu bir işdir", yazan Bell Vinston Çörçili Suriyada taxtdan endirilən Faysalı İraq kralı etməyə razı salıb.


Bu fotoda da bir neçə il sonra İraq taxtına təyin edəcəyi Faysal ilə gəzintidədir ...

İngiltərənin müstəmləkəçilik planlarını naxışlayaraq ölkəsində qəhrəman olan qadın, gündəliyində "Burada çox tənhayam, bu tənhalığa çox uzun zaman davam edə bilmərəm",- deyə qeydlər də yazıb.

O, 1926 -cı ildə, 58 yaşında, yuxu dərmanlarını həddindən artıq qəbul edərək intihar edib.



Gertrudun aşiq olduğu mayor Dik Dogghty-Willie Gelibolu döyüşündə vətənini müdafiə edən bir türk əsgəri tərəfindən güllələnib. Gertrude Gelibolu yarımadasına xüsusi icazə ilə girib və sevdiyinin məzarında intiqam almağa and içib.

Turan Oruc
Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.