Vərəm xəstələri arasında koronavirusa yoluxma hansı səviyyədədir? — AÇIQLAMA

17-10-2021, 12:32           
Vərəm xəstələri arasında koronavirusa yoluxma hansı səviyyədədir? — AÇIQLAMA
Koronavirusa yoluxmuş vərəm xəstələri arasında dərmanlara həssas və davamlı olanlar var.

Bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.

"Respublikada müştərək Vərəm/Covid-19 infeksiyalı xəstələrin müalicəsi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ) nəzdində fəaliyyət göstərən Xüsusi Təhlükəli infeksiyalar şöbəsində həyata keçirilir. 2020-2021-ci illər ərzində ETAXİ-nin həmin şöbəsində Vərəm/Covid-19 koinfeksiyalı xəstələr stasionar müalicədə olub, onların arasında həm vərəmin dərmanlara həssas forması, həm də vərəmin dərmanlara davamlı forması olan xəstələr müəyyən edilib", - deyə o bildirib.

Qeyd edək ki, ötən gün Azərbaycanda 1448 nəfər koronavirusa yoluxub, 11 nəfər isə infeksiya səbəbindən həyatını itirib. Ümumilikdə isə 496 min 780 nəfər COVID-19 infeksiyasına yoluxub və 6720 nəfər virusa görə dünyasını dəyişib. Hazırda, ölkə üzrə 13 min 831 aktiv koronavirus xəstəsi var.\trend












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru