Mediaya tapşırıq verilib: "artıb yox, dəyişib" yazın

17-10-2021, 19:04           
Mediaya tapşırıq verilib:
Tarif Şurası əhali, sənaye, xidmət, ticarət və aqrar sektor üçün qazın və elektrik enerjisinin qiymətlərini artırıb.

Bu barədə qərar Tarif Şurasının 16 oktyabr iclasında qəbul edilib.

Şuranın qərarları noyabrın 1-dən qüvvəyə minəcək.

Qərara əsasən, əhaliyə satılan 1200 kub metrədək qazın qiyməti 100 manatdan 120 manata, 200 kvt saatadək eletrik enerjisinin qiyməti 7 qəpikdən 8 qəpiyə, 200 kvt saatdan 300 kvt saatdək 7 qəpikdən 9 qəpiyə, 300 kvt saatdan çox elektrik enerjisi 11 qəpikdən 13 qəpiyə qaldırılıb.

Eyni zamanda, sənaye və kənd təssərüfatında işlədilən qazın hər 1000 kub metrinin qiyməti 200 manatdan 220 manata, ticarət və xidmət üçün elektrik enerjisinin qiyməti hər kvt. saat üçün 9 qəpikdən 11 qəpiyə qədər bahalaşdırılıb.

Hökumətyönlü medaların bir neçəsindən "Arqument.az"a verilən məlumata görə, son vaxtlar bahalaşma ilə bağlı xəbərlərin və xəbər başlıqlarının yumşaq formada təqdim edilməsi tapşırılıb.

Bu tapşırığın ümumilikdə ənənəvi olaraq Prezident Adminstrasiyasından verildiyi bildirilir. Amma bir sıra media orqanlarına onları himayə edən şəxslər tərəfindən belə bir göstəriş gəlib.

Məlumatda deyilir ki, konkret olaraq, "bahalaşdı, artdı, qaldırıldı" kimi ifadələrin işlədilməməsinə dair göstəriş verilib.

Bu məsələ sosial şəbəkələrdə də müzakirə olunub və istifadəçilər xəbərləri "qiymət dəyişdi" başlığı ilə təqdim edən mediaları qaınayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru