Kadırovun bacısı oğlu xüsusi təyinatlılar üçün imtahanlardan kəsildi

19-10-2021, 00:06           
Kadırovun bacısı oğlu xüsusi təyinatlılar üçün imtahanlardan kəsildi
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun bacısı oğlu Əbdül-Kerim, Stavropol diyarında xüsusi təyinatlılar üçün imtahanlardan uzaqlaşdırılıb. Bu barədə "tünd qırmızı beret hərəkatının qurucusu", "Vityaz" xüsusi təyinatlılarının yaradıcısı və Rusiya Qəhrəmanı Sergey Lisyuk Rusiya KİV-lərinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, təlimatçılar və Çeçenistandan olan xüsusi təyinatlılar arasında dava olmayıb. O, yürüş zamanı çeçen döyüşçülərinin avtomobillərdə aparılması barədə məlumatı da təkzib edib.

"Orada kim maşına minə biləcək? İmtahanlara nəzarət edənlər özləri beret sahibidirlər, və heç kimə "yola vermək" imkanı yaratmayacaqlar. Bu, şərəf işidir" dedi Lisyuk.

Daha əvvəl məlum olub ki, Əbdül-Kərim Kadırov Stavropol diyarındakı "Tambukan" təlim mərkəzində keçirilən imtahanlardan uzaqlaşdırılıb. Nəticədə, o tünd qırmızı beret almaq şansını qaçırıb.

virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru