Tanınmış meyxanaçı niyə həbs olundu? - TƏFƏRRÜAT

19-10-2021, 00:08           
Tanınmış meyxanaçı niyə həbs olundu? - TƏFƏRRÜAT
Tanınmış meyxanaçı Cavid Sumqayıtlının Sumqayıt Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayılıb.

Qafqaz.media xəbər verir ki, Cavid Sumqayıtlının saxlanılması yeni xəbər kimi təqdim edilsə də, o, bir neçə ay əvvəl polisə aparılıb. Əldə etdiyimiz məlumata görə, meyxanaçı saxlanılarkən üzərində külli miqdarda narkotik maddə aşkarlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda törədildikdə) cinayət işi başlanıb. Məlumata görə, artıq istintaq başa çatıb və iş baxılması üçün məhkəməyə göndərilib.

Daxili İşlər Nazirliyinin yaydığı açıqlama da bu məlumatı təsdiqləyir. Açıqlamada deyilir ki, Sumqayıt şəhər sakini Cavid Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün 15 may 2021-il tarixində Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Meyxanaçının üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib: "Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxs barəsində istintaq araşdırmaları sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru