Koronavirusu ağır keçirənlərin də həyatını xilas etmək mümkün olacaq

20-10-2021, 09:05           
Koronavirusu ağır keçirənlərin də həyatını xilas etmək mümkün olacaq
Avstraliyalı alimlər xəstədə koronavirus infeksiyasının nə qədər ağır ola biləcəyini təxmin edəcək yeni marker təyin edilib. Analiz üçün sadə burun çubuğu ilə nümunə götürülə bilər.

Tədqiqatın nəticələri “EMBO Molecular Medicine” elmi jurnalında dərc edilib.

COVID-19-un müalicəsi zamanı xəstənin xəstəliyin ağır formasına meylliliyini mümkün qədər erkən anlamaq vacibdir. Bunun sayəsində həkimlər müəyyən amillərə görə koronavirusu ağır keçirən insanları xilas etmək şansına sahib olacaqlar. Belə amillərə, məsələn, diabet, piylənmə və ya tam başa düşülməmiş genetik xüsusiyyətlər daxildir.

“Hfwe-Lose” markeri xəstəliyin ağır gedişatını, xüsusilə, bədənin xəstəliklərə qarşı immun reaksiyasını göstərir.

Alimlərə məlum olub ki, COVID-19-un ən kəskin formalarını keçirən xəstələrdə yuxarı tənəffüs yollarında çoxlu “hfwe-Lose” geni var. Bu səbəbdən, yeni koronavirus infeksiyası diaqnozu qoyulmuş bir insanda bu markerin konsentrasiyası yüksəkdirsə, o, xüsusilə intensiv müalicə edilməlidir.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru