Bakıda kürəkənini qətlə yetirən qayınata ilə bağlı – Yeni xəbər

21-10-2021, 11:24           
Bakıda kürəkənini qətlə yetirən qayınata ilə bağlı –
Bakının Binəqədi rayonunda kürəkənini qətlə yetirməkdə ittiham olunan Mehdi Abdullayevin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Teleqraf.com xəbər verir ki, cinayət işi araşdırılması üçün hakim Mahmud Ağalarovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin martın 14-də saat 20 radələrində Biləcəri qəsəbəsi ərazisində 40 yaşlı Taleh Mirzəyevin bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin qayınatası 57 yaşlı Mehdi Abdullayevin şəxsi münasibətlər zəminində aralarına yaranmış mübahisə zamanı Taleh Mirzəyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Mehdi Abdullayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.