"Tesla" ən bahalı modellərinin qiymətini artırdı

24-10-2021, 15:52           
"Tesla" ən bahalı modellərinin qiymətini artırdı
“Tesla” ən bahalı avtomobillərinin qiymətini artırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.
Bildirilir ki, “Tesla”nın ən bahalı modelləri – “Model S” və “Model X”in qiyməti 5 min ABŞ dollar artırılıb.
Şirkətin açıqlamasında qeyd edilir ki, dörd qapılı “Model S” sedanının qiyməti 89 min 990 dollardan 94 min 990 dollara qaldırılıb.
Şirkətin rəsmi saytı yazır ki, istehsal həcminin artmasına baxmayaraq, elektrikli avtomobillərə olan tələbat hələ də təklifi üstələyir. Elə bu səbəb görə də qiymətlərdə dəyişiklik edilib.
Qeyd edək ki, bu həftə “Tesla” üçüncü rübün maliyyə hesabatlarını açıqlayıb. Sənədlərə görə. Şirkətin gəlirləri illik müqyisədə 57 faiz artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru