DTX-nin axtardığı 10 nəfər kimdir? - Fotolar

25-10-2021, 16:26           
DTX-nin axtardığı 10 nəfər kimdir? - Fotolar
Azərbaycanda cinayət törədən şəxslər istintaqdan yayındıqda hadisənin motivi və təhlükəlilik dərəcəsinə görə hüquq-mühafizə orqanlarının fərqli qurumları tərəfindən axtarışa verilir. Buna, həmçinin istintaqı hansı orqanın aparması da təsir edir. Ölkə xaricinə çıxan və xüsusi təhlükəli şəxslər qırmızı bülletenlə "İnterpol" vasitəsilə axtarışa verilir. ELə onlar qədər də təhlükəli olan bəzi cinayətkarları Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti axtarışa verib.

"Kriminalqafqaz" DTX-də İstintaq İdarəsi tərəfindən cinayət işi başladılan, istintaqı hələ də davam etdirən və istintaqdan yayınmağı bacaran şəxslərin siyahısı əsasında məqalə hazırlayıb. Məlumata əsasən, hazırda 10 nəfər DTX tərəfindən axtarılır.

Həmin şəxsləri və törətdikləri cinayətləri sizə təqdim edirik:

Andrey Zaborski, 53 yaş, ukraynalı, oğurluq, kompyuter sistemlərinə qanunsuz müdaxilə

Xətayi Əliyev Balaşa oğlu, 30 yaş, oğurluq, kompyuter sistemlərinə qanunsuz müdaxilə

Oleq Kazanqiu, 40 yaş, moldovalı, oğurluq, kompyuter sistemlərinə qanunsuz müdaxilə

İqor Velikoqlo, 39 yaş, doğum yeri Moldova, oğurluq və kompyuter sistemlərinə müdaxilə

Elçin Zakir oğlu Camalov, 33 yaş, doğum yeri Azərbaycan, xüsusi amansızlıqla qəsdən adam öldürmə, qanunsuz olaraq odlu silahdan istifadə etmək, həyat və sağlamlıq üçün zor tətbiq etmə, qanunsuz silahlı qruplaşmaları yaratma

Rövşən Rasim oğlu Məmmədli, 32 yaş, doğum yeri Bakı, milliyəti azərbaycanlı, sülh və insanlıq əleylinə olan cinayətlər, insan alveri, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, banditizm

Elnur Şəmsəddin oğlu Cəfərov, 43 yaş, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, banditizm

Ruhin Nizami oğlu Nuriyev, 44 yaş, doğum yeri Şamaxı, silahlı birləşmələr və qruplar yaratma

Babək Zəkəryə oğlu Həmzəyev, 37 yaş, doğum yeri Qax rayonu, silahlı birləşmələr və qruplar yaratma

Aynurə Yusubova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.