“Siz bizi Xudavəngə buraxın, biz də sizi Ağdabana” - Öz torpağımızda ERMƏNİDƏN İCAZƏ ALACAĞIQ?

25-10-2021, 19:48           
“Siz bizi Xudavəngə buraxın, biz də sizi Ağdabana” - Öz torpağımızda ERMƏNİDƏN İCAZƏ ALACAĞIQ?
Azərbaycanla Ermənistan arasında Xudavəng monastırını zəvvarların ziyarət etməsi ilə bağlı danışıqlar davam edir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, erməni kilsəsinin yepiskopu Vrtanes Abramyan Xudavəng monastırına zəvvarların buraxılması üçün Xankəndidəki rus sülhməramlılarının vasitəçiliyi ilə rəsmi Bakıya təklif verdiklərini deyib.

“Xudavəng monastırı ilə bağlı danışıqlar bərpa olunub. Azərbaycanlılara onların Ağdaban kəndindən olan məşhur aşıq - Aşıq Şəmşirin məzarını müntəzəm ziyarət etmək təklif olunur”-deyə Vrtanes Abramyan söyləyib.

Xatırladaq ki, Kəlbəcərin Ağdaban kəndi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə düşdüyü üçün sülhməramlıların nəzarəti altında olan zonaya düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru