İcra başçısının adı keçən qəza ilə bağlı yeni – Detallar

26-10-2021, 00:04           
İcra başçısının adı keçən qəza ilə bağlı yeni – Detallar
Neftçala rayonunda avtomobil piyadanı vurması faktı qeydə alınıb. Reportyor.info xəbər verir ki, Bakı sakini Cəfərov Elçin Tofiq oğlunun adına olan 90 LE 008 dövlət nömrə nişanlı, “Toyota Camry” markalı avtomobil rayon sakini Həsənov Vahid Nüsrət oğluna xəsarət yetirib. Məlumata görə hadisə 23 oktyabr, səhər 6.35-36 radələrində olub. Hadisədən iki gün əvvəl, 21 oktyabrda isə bu maşın polisin “dur” işarəsinə əhəmiyyət verməyib. Xəbərə görə polis bu maşını qovub və sürücü saxlamayıb. Bildirilir ki, xəstəxananın qarşısında sakinlər qaçdı-qovdunu izləyiblər.
Faktla bağlı Neftçala rayon polis şöbəsində polis mayoru Əhədov Ələkbər tədqiqat aparır. Maşının sol işığının altında isə zədə aşkarlanıb. Belə iddialar səslənir ki, Neftçalada Dairə Seçki Komissiyasının (DSK) sədri Zaur Kərimovun oğlu Bəxtiyar Kərimovun hadisəni törətməsinə dair sənədləşmə aparılıb. Qeyd edək ki, Neftçalada piyadanın vurulması ilə nəticələnən qəzada rayon icra başçısı Mirhəsən Seyidovun adı hallanmışdı. Sükan arxasında icra başçısının olduğuna dair KİV xəbərlər yaymışdı, lakin Neftçala İH bu məlumatları təkzib etmişdi və onunla heç bir əlaqəsi olmadığı qeyd edilmişdi. Missiya.az saytının baş redaktoru Nicat Dağlar isə sosial şəbəkə hesabında bildirnişdi ki, həmin gün icra başçısı onun da iştirak etdiyi toyda olub və hadisə ilə əlaqəsi yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.