Yağışda avtomobilin şüşəsilənini çıxarırlar - Ekspert

31-10-2021, 12:42           
Yağışda avtomobilin şüşəsilənini çıxarırlar - Ekspert
Yağışlı havada baş verən yol qəzalarına texniki məsələlərlə yanaşı, sürücülərin məsuliyyətsizliyi də səbəb olur. Yağışlı havalarda sürücülər avtomobilin şüşəsilənlərindən birini çıxarırlar.

Axar.az xəbər verir ki, bu sözləri yol təhlükəsizliyi üzrə ekspert Elməddin Muradov deyib.

"Yağışlı havada su düşür, palçıq sıçrayır. Avtomobilin şüşəsi təmiz olmalıdır. Bir şüşəsiləndən istifadə edən sürücü ancaq öz önünü görür. Sağ tərəfdə isə artıq kor nöqtə əmələ gəlir. Bu, xüsusən Rusiya istehsalı olan avtomobillər üçün təhlükəlidir".

Qeyd edək ki, bu hallara yol verən sürücülər üçün İnzibati Xətalar Məcələssində cərimələr nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru