Binalardakı qanunsuz artırmalarla bağlı HƏYƏCAN TƏBİLİ: əsas dayaq sütunlarının...

1-11-2021, 00:04           
Binalardakı qanunsuz artırmalarla bağlı HƏYƏCAN TƏBİLİ:
Çoxmənzilli binalara artırmalar artıq illərdir ki ənənə halını alıb. Bu artırmalar zamanı binalarda əlavə yüklənmələr və müəyyən konstruksiya dəyişiklikləri baş verir.

Teref.az xəbər verir ki, bunu “Trend”ə açıqlamasında əmlak eksperti Ramil Osmanlı bildirib.

O qeyd edib ki, binalara artırılan hissələrin müvafiq tikinti normlarına uyğun olmaması ilə bağlı narahatçılıqlar həddən artıq çoxdur:

“Lakin buna baxmayaraq bu prosses köhnə mənzil fonunda daha çox müşahidə olunur. Ən aktual mövzulardan biri isə xüsusilə zirzəmi və birinci mərtəbələrin qeyri-yaşayış sahəsinə çevrilməsi zamanı binaların əsas dayaq sütunlarının, yük götürən divarlarının söküntüsünə, onların ölçülərinin dəyişdirilməsinə rast gəlinir. Bu da olduqca təhlükəli tendensiyadır.”

Ekspert həmçinin bildirib ki, bu kimi artırmalar gələcəkdə binalarda qəzalı vəziyyətin yaranmasına səbəb ola bilər:

“Hər hansı bir zəlzələ halında artırılma olunan binaların uçma təhlükəsi yarana bilər. Artıq paytaxtda mənzil fondunun yenilənməsindən sonra bu tendensiyalar qismən aradan qalxıb. Lakin köhnə binalarda vəziyyət hələ də eyni qalır”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru