Avtomobil bazarında vəziyyət necədir? - VİDEO

1-11-2021, 10:49           
Avtomobil bazarında vəziyyət necədir? - VİDEO
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır.

Pravda.az-ın xəbərinə görə, satıcılar avtomobilləri ucuz qiymətə təklif etdiklərini deyirlər, alıcılar isə nəqliyyat vasitələrinin bahalığından şikayətlənirlər.

Məsələn, Tovuzun maşın bazarında müştərilərə daha çox "VAZ" markalı avtomobillər təklif edilir.

Alıcılar qiymətlərin yüksək olmağından gileylənirlər. Nəticədə hər iki tərəf istəyinə çata bilmir.

Gəncənin maşın bazarında da vəziyyət eynidir. Satıcılar alqı-satqının zəif olmasını pandemiya ilə əlaqələndirirlər.

Bazarlarda belə vəziyyətin nə qədər davam edəcəyi bəlli deyil.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru