Maya Karimovanın qocalara verdiyi işgəncələr ifşa olundu: Bir neçə nəfərin ölümünə səbəb olub
4-11-2021, 00:10
Dayənin vicdansızlığı qan dondurub.
AMİA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Kayseridə yaşayan 83 yaşlı Gümüş Bozkurtun ailəsi koronavirusa yoluxduğu zaman ona baxması üçün bir rus dayə tutub. Nənəsinin qısa müddətdə 15 kilo arıqladığını görən uşaqlar evə kamera yerləşdiriblər və inanılmaz hadisə ilə qarşılaşıblar.
Belə ki, Kayseridə keçirdiyi əməliyyatdan sonra xəstəxanada infeksiyaya yoluxaraq yataq xəstəsi olan Gümüş Bozkurtun nəvəsi Kübra Kolkıran ailəsinə və bibilərini koronavirusa yoluxdurub. Gümüş Bozkurtun ailəsi xaricdəki tanışlarının məsləhəti ilə Rusiya vətəndaşı Maya Kərimovanı baxıcı kimi işə götürüb.
Sabah qəzetindən Əli Altuntaşın xəbərinə görə; Bozkurdun övladları telefonla videozəng edəndə baxıcı Maya Kərimova "Nənəniz çox yaxşıdır. Yemək yeyir" cavabını verib. Həmçinin uşaqlara bildirib ki, karantin müddəti bitdikdən sonra bir müddət evə gəlməyin. Xəstəlik tam bitdikdən sonra gəlmələrini söyləyib.
15 gündən sonra evə gedən övladları Gümüş Bozkurtun 15 kiloqram arıqladığını görüblər. Dayənin şirin dilinə inanan ailə Gümüş Bozkurdun ümumiyyətlə danışmadığını və çox zəiflədiyini görüb şübhələnib.
Daha sonra Kübra Kolkıran evə kamera quraşdıranda dəhşətli həqiqət üzə çıxıb.
Kübra Kolkıran baş verənləri belə izah edib: "Kamera görüntülərində nənəmin yatarkən müəyyən fasilələrlə sağa-sola dönməsi lazım olduğu halda, bunların heç birini etmədiyini və dayənin hər dəqiqə telefonda sevgilisi ilə danışıdığını gördük. Bu kadrlara baxdıqdan sonra onun işini dərhal dayandırdıq.”
Həmçinin bildirib ki, xalam nənəmin bezini dəyişəndə qançırları gördü. Nənəm dayənin getdiyini biləndə yenə yeməyə, içməyə, danışmağa başladı və dayə qorxusundan bizimlə danışa bilmədiyini dedi.
Əlavə olaraq, "15 gün nənəmə ürək dərmanı verməyib. Evdə rahat olması üçün ona davamlı olaraq yuxu və sinir həbləri verilib. Nənəm susuz olduğu üçün sidiyindən qan gəldi. Onun böyrəkləri sıradan çıxmaq üzrə idi. Biz şikayət etmişik" deyə nəvə açıqlamasında bildirib.
O bildirib ki, nənəmi yoluxdurmamağa, ona zərər verməməyə çalışanda istəmədən daha çox zərər vermiş olduq.
Məlumata görə, Maya Karimovanın daha öncə baxıcılıq etdiyi xəstələrlə problemi olmasa da, həmin şəxslər qəfildən infarkt keçirərək ölüblər. Ailə üzvlərinin baxıcı ilə bağlı polisə müraciət etdiyi bildirilib.