Alimlər ilk dəfə hava və işıqdan yanacaq istehsal ediblər

4-11-2021, 08:47           
Alimlər ilk dəfə hava və işıqdan yanacaq istehsal ediblər
Alimlər adi hava və günəş işığından yanacaq istehsal etmək üçün sınaq zavodu yaradıblar.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat İsveçrənin Sürix Ali Texniki Məktəbinin saytında dərc olunub.

Tədqiqatçılar öz kəşflərini son nəticədə aviasiyaya karbon tullantılarından qurtulmağa kömək edəcək mühüm mərhələ kimi görürlər, lakin belə bir yanacağın istehsalının kommersiya həcmində istifadəyə verilməsinə qədər hələ çox iş görməli olduqlarını bildiriblər.

Karbon qazı ən güclü istixana qazlarından biridir, hazırda təyyarələr, gəmilər ümumi antropogen tullantılarının təxminən 8 faizini təşkil edir.

Sistem İsveçrənin Sürix Ali Texniki Məktəbinin müəllimi Aldo Ştaynfeldin nəzarəti altında hazırlanıb. Cihaz Günəşdən enerji alır və havadan karbon qazı, suyu tutur. Su və qazın qarışığı reaktora daxil olur və burada günəş işığı onları karbon monoksid və hidrogenə çevirir. Sonra bu qazların qarışığından maye karbohidrogenlər əmələ gəlir: qurğu benzin, kerosin, metanol və ya digər yanacaq növləri istehsal edə bilər.

Laboratoriyanın damında yerləşən pilot zavod gündüz yeddi saat 32 millilitr metanol istehsal edir. Hesablamalara görə, bu obyektlə təyyarə yanacağına qlobal tələbatı ödəmək üçün 45.000 kvadrat sahəyə malik zavod lazım olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru