Hamilələr üçün təhlükəli toksoplazma paraziti xərçəng hüceyrələrini məhv edirmiş

5-11-2021, 08:25           
Hamilələr üçün təhlükəli toksoplazma paraziti xərçəng hüceyrələrini məhv edirmiş
“Toxoplasma gondii” paraziti xərçənglə mübarizəyə kömək edə bilər.

Bu barədə Çinin Ninbo Universiteti və Şansi Kənd Təsərrüfatı Universitetinin onkoloqları “Journal for ImmunoTherapy Cancer” nəşrində məqalə dərc ediblər.

Həkimlərin sözlərinə görə, xərçəng hüceyrələrinə yeridilən “Toxoplasma gondii” paraziti onun müdafiəsini məhv edir. Təcrübə siçanlar üzərində aparılıb. Eksperiment zamanı gəmiricilərdə şişin ölçüsünün kiçildiyi, sağalma şanslarının isə çoxaldığı müşahidə olunub.

Həkimlər ümid edirlər ki, tezliklə insanlar üçün xəstəlikdən müalicə üsulunu hazırlaya biləcəklər.

Bu yolla uşaqlarda prostat xərçəngi və bir çox şişləri müalicə etmək mümkün olacağı gözlənilir.

Qeyd edək ki, toksoplazma (gondii) hamilə qadınlarda hamiləliyə və ya körpələrdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilən parazitdir. Bundan başqa toksoplazma gözdə retinanın infeksiyasına səbəb ola, görmə sinirinə və ya görmə mərkəzinə ciddi ziyan vura bilər. Müalicə edilmədiyi təqdirdə xəstədə görmənin itirilməsi halı yaşana bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru