NASA tropik qasırğaların öyrənilməsi üçün orbitə 3 peyk buraxacaq

6-11-2021, 08:45           
NASA tropik qasırğaların öyrənilməsi üçün orbitə 3 peyk buraxacaq
ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 2027-ci ildə kosmosdan tropik qasırğa və tufanları öyrənmək üçün orbitə 3 peyk buraxmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu NASA-nın direktoru Bill Nelson qurumun Kosmik Uçuşlar Mərkəzində çıxışı zamanı deyib.

B.Nelson bildirib: "NASA-nın yeni geoelmi missiyasını elan etməkdən məmnunam".

NASA-nın direktoru qeyd edib ki, layihəyə "INCUS" adı verilib ("Investigation of Convective Updrafts"): "Bunlar üç kiçik peyk olacaq. Onların 2027-ci ildə buraxılacağı gözlənilir. Onlar tropik qasırğaların və tufanların davranışını, o cümlədən onların hava və iqlim modellərinə təsirlərini öyrənəcəklər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru