Mağarada tapıldı: 250 min il əvvələ aiddir – Bəşər tarixi yenidən yazıla bilər

6-11-2021, 09:49           
Mağarada tapıldı: 250 min il əvvələ aiddir – Bəşər tarixi yenidən yazıla bilər
Cənubi Afrikanın Vitvatersrand Universiteti və digər 13 ali məktəbdən olan tədqiqatçılar qrupu 250 min il əvvəl 4-6 yaşlarında ölən uşağın kəlləsini və dişlərini tapıblar.

Teref.az xəbər verir ki. tədqiqatın rəhbəri Li Rocers Berger homo naledi uşağının kəllə sümüyünün Yohannesburq yaxınlığında tapıldığını açıqlayıb.

Homo naledi 335-236 min il əvvəl yaşamış qədim insan növüdür. Bergerin sözlərinə görə, 2013-cü ildəki ilk kəşfdən bəri həyatın bütün mərhələlərindən iyirmidən çox homo naledi fərdlərinin təxminən 2000 qalığı tapılıb.

Berger qeyd edib ki, bu, ibtidai növünə aiddir: “Əvvəllər Afrikada yalnız müasir insanların olduğunu düşünürdük. Bu tapıntı vəziyyəti bir qədər də mürəkkəbləşdirəcək”.

Azyaşlıya Cənubi Afrikada danışılan bantu dilində “İtirilmiş” mənasını verən Leti adı verilib. Çünki ondan yalnız kəllə sümüyü tapılıb. Teleqraf.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.