Kosmosun ən ucqar nöqtəsi: Su tapıldı – Gizli dünya üzə çıxmağa başladı

6-11-2021, 12:05           
Kosmosun ən ucqar nöqtəsi: Su tapıldı –
Alimlər Çilidə ALMA teleskopundan istifadə edərək maraqlı kəşfə imza atıblar.

Teleqraf.com xəbər verir ki, tədqiqatçılar Yer kürəsindən 12.8 milyard işıq ili uzaqlıqdakı qalaktikanı araşdıraraq, oksigen və hidrogen atomlarından ibarət su molekullarını kəşf ediblər.

SPT0311-58 adlı qalaktikanın su molekullarının müşahidə edildiyi ən uzaq məkan olduğu bildirilib.

Tədqiqatçılar sözügedən qalaktikanın əslində iki fərqli qalaktikanın birləşməsinin nəticəsi olduğunu düşünürlər. İşıq bu qalaktikadan Yerə 12.8 milyard ilə çatır. Bu o deməkdir ki, hazırda müşahidə edilən su molekullarının əslində 12.8 milyard il yaşı var. Yəni bu molekullar indiyə qədər tamamilə yox olmuş, ya da həyat üçün uyğun mühit və hətta inkişaf etmiş bir sivilizasiyanın yaranmasında rol oynamış ola bilər. Bu fantaziyalardan fərqli olaraq, elm adamları bu yeni kəşfin kainatı və Yerin yaranma tarixini anlamaqda böyük əhəmiyyət kəsb etdiyini düşünürlər.

Kainatın yaranmasının ilkin mərhələlərinə işıq tutacağı düşünülən SPT0311-58 qalaktikaların əmələ gəlməsi, böyüməsi və təkamül proseslərini üzə çıxarmaq üçün böyük potensiala malikdir. Alimlər belə bir uzaqlıqdakı planetdə su molekullarının olmasının yeni kəşflərə qapı açdığını düşünürlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru