"Hesab edirəm ki, bizdə qələm qılınca uduzdu, ermənilərdə isə qılınc qələmə uduzdu..."

7-11-2021, 00:09           
"Hesab edirəm ki, bizdə qələm qılınca uduzdu, ermənilərdə isə qılınc qələmə uduzdu..."
Moderator.az bu gün səhər saatlarında erməni millətinin necə xəstə təfəkkürə malik olduğunu çılpaqlığı ilə açıb ifşa edən Arpi Bekaryan adlı bir erməni jurnalistin olduqca ilginc etiraflarını ingilis dilli mediadan tərcümə edərək oxucularına təqdim etmişdi: //moderator.az/read/400291


Tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərov həmin məqaləyə maraqlı şərh yazaraq saytımıza göndərib:

"Linkolinin bir kəlamında deyilir: “Heç nə tam nizamlanmaz, əgər ədalətlə nizamlanmazsa”.

Ancaq hər tərəfin öz ədaləti var. Biz deyirik ki, Xankəndi bizimdir. Ermənilər deyir ki, Stepanakert bizimdir. Hər tərəfin öz ədaləti var. Bu səbəbdən Linkolinin ifadəsi sülhə maneçilik törədir. Lobbiçilərin əlinə oynayır ...

Düşünürəm ki, biz ermənilərdən minaların xəritəsini istədiyimiz kimi, Rusiyadan da 200 il öncə İrandan və Türkiyədən xristian dövləti yaratmaq niyyəti ilə Azərbaycana köçürülmüş ermənilərin yerləşdirdiyi ərazlərin xəritələrin istəməliyik. Və erməniyə başa salmalıyıq ki, sən filan yerdən bu əraziyə nə vaxtsa köçürülmüsən. (Zülfüqar bəy, xatırlayırsınızsa bir neçə il öncə Tərtər rayonunda "Madagiz abidəsi" yanından biz birlikdə Kəlbəcərə həsrətlə baxmışıq. Bu günə min şükür) . Misal üçün, xatırlatmalıyıq ki, Qasım bəy Zakirin torpağına haradan gələn ermənilər yerləşdirilib ki, şair gileylənir: “Bayram oldu heç bilmirəm neyləyəm, bizim evdə axta zoğal da yoxdur”.

Bir sözlə, hər fürsətdə ermənilərin bu torpaqlara haralardan gəlməsini xatırlatmaq lazımdır. Demək lazımdır bura sənin ata- baba torpaqların deyil, sən gəlməsən, filan vaxt köçürülmüsən və bu torpaqların halalca sahibindən izn almadan rahat yaşaya bilməzsən. Mənə elə gəlir ki, nə qədər nankor olsalar belə, erməniləri haqq yoluna çəksək, başa salsaq, Paşinyan sülhə tez imza atar.

Moderator.az-da gedən məqalə isə erməni düşüncəli yox, qafqaz düşüncəli bir jurnalistin yazısıdır. Bizim bu səviyyədə yazarımız varmı ki, onun yazısını ermənilər çap etsin? Hesab edirəm ki, bizdə qələm qılınca uduzdu. Ermənilərdə isə qılınc qələmə uduzdu".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.