Kolumbiya Prezidentinə qarşı sui-qəsdin təşkilatçısı yaxalanıb

7-11-2021, 08:46           
Kolumbiya Prezidentinə qarşı sui-qəsdin təşkilatçısı yaxalanıb
Kolumbiya polisi Prezident İvan Dukeyə sui-qəsdin təşkilatçısını yaxalayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Dieqo Molano Aponte tviterdəki hesabında bildirib.

“Biz onu izlədik və tutduq – “Aurelio” ləqəbli şəxs iyunun 25-də Kukutada prezident İvan Dukenin helikopterinə qarşı törədilən terror aktının təşkilatçısıdır. Bu gün o, xüsusi əməliyyatda tutuldu", - deyə Aponte sosial şəbəkədəki rəsmi hesabında yazıb.

Kolumbiya hüquq-mühafizə orqanlarının məlumatına görə, “Aureli”o 25 iyun 2021-ci ildə İvan Dukeyə hücuma görə məsuliyyəti üzərinə götürən Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin (FARC) üzvüdür.

1964-cü ildə yaradılan qrupun sıraları 20 minə qədər döyüşçüdən ibarət olub. Ölkənin hakimiyyət orqanları və üsyançılar uzun müddət sülh danışıqları aparıblar. Danışıqlar sülh sazişinin imzalanması ilə başa çatıb, bundan sonra 2017-ci ildə Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin bazasında rəsmi olaraq siyasi partiya yaradılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru