“Windows”da bir sıra vacib funksiyalar yoxa çıxıb

9-11-2021, 08:31           
“Windows”da bir sıra vacib funksiyalar yoxa çıxıb
Bəzi “Windows 11” istifadəçiləri “Qayçı” (“Snipping tool”) tətbiqinin itməsindən şikayətləniblər.

Ekran görüntüləri yaratmaq üçün nəzərdə tutulmuş proqram “Microsoft”un hazırkı əməliyyat sistemi ilə işləyən bir sıra kompüterlərdə yoxa çıxıb.

Bir çox istifadəçilərin sözlərinə görə, onlarda “Qayçı” ilə yanaşı, sensor klaviaturası və bir sıra emojilər də yoxa çıxıb.

Mütəxəssislərin sözlərinə görə, əməliyyat sisteminin funksiyaları müddəti bitmiş sertifikat səbəbindən işləməyi dayandırıb (Onun müddəti oktyabrın 31-də başa çatıb).

“Microsoft” artıq problemə cavab verib. Şirkət “Windows Update” vasitəsilə quraşdırıla bilən “KB4006746” patçı (“patch”) barədə bəyan ediblər.

Bununla belə, “Windows”un lisenziyalı nüsxələrinin bəzi sahibləri patçı quraşdıra bilməyib. Belə olan halda istifadəçilərə cihazdakı sistem tarixini müvəqqəti olaraq oktyabrın 30-a dəyişmək və ya ekran görüntülərini yaratmaq üçün “Print Screen” funksiyasından istifadə etmək təklif olunub.

Xatırladaq ki, bu əməliyyat sistemində ilk səhv deyil. Noyabrın əvvəlində “Windows 11”də, əməliyyat sistemində minlərlə boş qovluğun görünməsinə səbəb olan səhv aşkar edilib. Bəzi “Windows 10” istifadəçilərinin də boş kataloqları yaranıb.

Mənbə: “The Verge”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru