Dünyada 45 milyon insan aclıq həddindədir - BMT

9-11-2021, 08:38           
Dünyada 45 milyon insan aclıq həddindədir - BMT
Birləşmiş Millətlər Təşkilatının Qida Agentliyi dünyanın 43 ölkəsində aclıq təhlükəsi ilə üz-üzə qalan insanların sayının 45 milyona çatdığını bildirib.

Ümumdünya Ərzaq Proqramının (WFP) açıqlamasına görə, ilin əvvəlində 42 milyonluq göstəricini 3 milyon artması, əsasən, Əfqanıstanda aclıqla üzləşənləri qeydə alınması ilə bağlıdır.

"On milyonlarla insan uçurumun astanasındadır. Münaqişələr, iqlim dəyişikliyi və COVID-19 acləqdan əziyyət çəkənlərin sayını artırır", deyə WFP İcraçı Direktoru Devid Bizli bildirib.

O əlavə edib ki, Ümumdünya Ərzaq Proqramının dəstəyi Əfaqnıstanda 23 milyon insanı əhatə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru