Vaksinasiyanın yaş həddi aşağı salına bilər? - AÇIQLAMA

20-11-2021, 08:48           
Vaksinasiyanın yaş həddi aşağı salına bilər? - AÇIQLAMA
Avropa Dərman Vasitələri Agentliyi BioNTech/Pfizer preparatının 5-11 yaş arası uşaqlarda tətbiqinə artıq bir müddətdir icazə verib və digər vaksinlər üçün də yaş həddinin aşağı endirilməsi ilə bağlı müraciətlərə baxıldığı açıqlanıb.

Bəs Azərbaycanda vaksinasiyanın yaş həddi endirilə bilər?

Publika.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, gələcəkdə bu barədə qərar verilə bilər, amma hazırkı vəziyyətdə uşaqlar arasında vaksin olunanların sayı xeyli azdır.

"Bizdə hələ ki, 12 yaşdan yuxarı uşaqlara könüllü surətdə valideynlərinin razılığı ilə koronavirus əleyhinə peyvənd vurula bilər. Sadəcə olaraq, ondan aşağı yaş qruplarına, yəni 5 yaşdan yuxarı uşaqların vaksinasiyasına son dövrlərdə bəzi ölkələrdə başlanılıb. Bizdə hələ ki, bununla bağlı qərar yoxdur. Amma yəqin ki, vaxtı çatanda olacaq. 12 yaşdan yuxarı icazə verilib, amma vaksin olunanların sayı xeyli azdır. Halbuki, kifayət qədər vaxt keçib" - Təyyar Eyvazov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru