Peyvənddən əvvəl və sonra pəhriz: vəziyyət pisləşə bilər...

20-11-2021, 09:25           
Peyvənddən əvvəl və sonra pəhriz: vəziyyət pisləşə bilər...
Peyvənd və ya revaksinasiyadan bir neçə gün əvvəl və sonra 3-5 gün ərzində siqareti və spirtli içkiləri dayandırmaq daha yaxşıdır.

Publika.az xəbər verir ki, bu barədə RBC-yə Heliks Laboratoriya Xidmətinin tibbi direktoru Dmitri Denisov bildirib .

"Alkoqol immunitet sisteminə supressiv təsir göstərir, intoksikasiya və allergik reaksiyalar nəticəsində digər yan təsirlərə səbəb ola bilər. Nəticədə, bu, peyvənddən sonra vəziyyətin pisləşməsinə səbəb ola və immun cavabın formalaşmasına mənfi təsir göstərə bilər", - mütəxəssis xəbərdarlıq edib.

Denisov əlavə edib ki, revaksinasiyadan əvvəl spesifik antikorların istehsalı üçün zəruri olan protein məhsulları istehlak edilməlidir. Bundan əlavə, o, pəhrizdə kifayət qədər A, B6, B12, B9, C, D, E vitaminləri ilə yanaşı, sink, mis, selen, dəmir kimi mineralların da olması lazım olduğuna diqqət çəkib.

Ekspert allergik xəstəliklərə tutulma riski olan şəxslərə peyvənd dövründə potensial olaraq allergiyaya səbəb ola biləcək məhsullardan imtina etməyi tövsiyə edib. Bunlara hisə verilmiş ət, şokolad, şirniyyat və sitrus meyvələri daxildir.

Daha əvvəl pediatr-immunoloq Andrey Prodeus peyvənddən sonra antikorların istehsalına təsir edən məhsulların adlarını açıqlamışı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru