Koronavirusun yeni ştamına qarşı peyvəndin hazır olma vaxtı açıqlanıb

27-11-2021, 09:03           
Koronavirusun yeni ştamına qarşı peyvəndin hazır olma vaxtı açıqlanıb
Yeni SARS-CoV-2 omicron ştamına qarşı peyvəndlər 2022-ci ilin yayına qədər hazır olacaq.

"Report" xəbər verir ki, bunu Ağ Evin COVID-19-la mübarizə üzrə işçi qrupunun keçmiş müşaviri Endi Slavitt bildirib.

O, deyib ki, "Pfizer" və "Moderna" kimi əczaçılıq şirkətlərinə koronavirusun yeni variantına qarşı peyvənd hazırlamaq üçün 100 gün lazımdır.

Ekspertin sözlərinə görə, mRNT əsaslı vaksinlərin effektivliyini qiymətləndirmək üçün təxminən iki həftə vaxt lazım olacaq.

"Əgər dekabrın əvvəlində başlasaq, yeni peyvəndlər yaya qədər bütün dünya üçün əlçatan olacaq", - Slavitt vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru