ÜST “Omikron”un necə yaranması ehtimalını irəli sürüb

28-11-2021, 09:35           
ÜST “Omikron”un necə yaranması ehtimalını irəli sürüb
SARS-CoV-2 virusunun yeni versiyası adlandırılan “Omikron”un pandemiyaya yoluxmuş, lakin tam sağalmamış şəxs tərəfindən yayılması ehtimalı var.

Bu açıqlama ilə Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisi Maria van Kerkhove çıxış edib.

Onun sözlərinə görə, bu virus immuniteti zəifləmiş şəxsin orqanizmində uzun müddət qalaraq orada inkişaf etməyə başlayıb.

ÜST rəsmisi həmçinin yeni ştammlar barədə məlumat verən ölkələrə qarşı kəskin münasibət bəsləməyin də doğru hesab etmədiyini vurğulayıb.

Mənbə: Financial Times












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru