“Moderna” şirkəti “Omikron” ştammı üçün yeni vaksin yaratmaq niyyətindədir

28-11-2021, 09:58           
“Moderna” şirkəti “Omikron” ştammı üçün yeni vaksin yaratmaq niyyətindədir
ABŞ-ın “Moderna” şirkəti SARS-CoV-2 koronavirusunda orqanizmi yeni mutasiyalardan (bu yaxınlarda kəşf edilmiş “omikron” ştammı kimi) daha yaxşı qoruya bilən daha güclü buster vaksin üzərində işləyir.

Bu barədə şirkətin press-relizində deyilir.

Yeni vaksin mRNA-1273.529 kimi qeydiyyatdan keçəcək.

Şirkət həmçinin qeyd edib ki, onlar multivalent buster vaksin üçün iki namizədi araşdırırlar.

Belə ki, “Moderna” yeni ştama qarşı artıq istifadə edilmiş buster peyvəndin artan dozasını tətbiq etmək imkanını sınaqdan keçirmək niyyətindədir. Sınaqların nəticələri yaxın bir neçə həftə ərzində məlum olacaq.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru