Britaniyalı həkimlər "omikron" ştammının təhlükəli olduğunu şübhə altına alıblar

28-11-2021, 10:23           
Britaniyalı həkimlər "omikron" ştammının təhlükəli olduğunu şübhə altına alıblar
Britaniyalı həkimlər koronavirusun yeni "omikron" ştammının təhlükəli olduğunu şübhə altına alıblar. Bundan əvvəl ölkənin baş naziri Boris Conson onu çox təhlükəli adlandırmışdır. Xüsusilə, yeni ştammın peyvənd edilmiş insanlar arasında yoluxmaya səbəb ola biləcəyi bildirilirdi.

Trend xəbər verir ki, ekspertlər heç də baş nazirin narahatlığını bölüşmürlər. Belə ki, mütəxəssislər hesab edir ki, ölkə üçün "Delta" ştammı daha böyük təhlükə yaradır. Həkimlər bildirir ki, hamı yaxşı bilirdi ki, koronavirusun yeni ştammları yaranacaq və "omikron"-la bağlı tədqiqatlar başa çatana qədər heç bir qəti qərar vermək olmaz.

Oksford Universitetinin professoru Con Bell hesab edib ki, "omikron" tam peyvənd olunmuş insanlarda maksimum baş ağrısı və zökəm yarada bilər. O belə bir qənaətə gəlib ki, yeni ştamm koronavirusu ağır keçirənlərin sayında artıma səbəb olmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru