Göbələklə qidalanmaq soyuqdəymə və qripdən qoruyur

30-11-2021, 08:20           
Göbələklə qidalanmaq soyuqdəymə və qripdən qoruyur
Payızda yağış yağması göbələyin mövsümü hesab olunur. Göbələkdən adətən sup, salatlar və qızartma yeməklərdə istifadə edilir. Göbələk xərçəng xəstəliyinin qarşısını alır və qan damarlarına elastiklik bəxş edir. Tərkibində 80-90 faiz su var, ona görə də kalorisi çox azdır. Artıq çəkidən xilas olmaq istəyənlər üçün münasib qidadır.

Dünyada 38 mindən artıq, Azərbaycanda isə 500 növdə göbələk var. Əsasən yaz və payız aylarında bitən bu göbələklərdən 40 növü xüsusilə zəhərli sayılır.

Milli.Az bildirir ki, Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva AZƏRTAC-a deyib: "Yol kənarından göbələk yığılması, xarab və köhnə göbələklərdən bişirilən yeməklərin yeyilməsi zəhərlənməyə səbəb ola bilər. Zəhərlənmə zamanı 2 saatdan sonra baş ağrısı, başgicəllənmə, nəbzin sürətinin artması, ürəkbulanma, qusma, ishal kimi simptomlar müşahidə olunur. Təzə göbələk soyuducuda 3 gün, qablaşmış şəkildə olanda isə bir həftə saxlanıla bilər".

Göbələk hüceyrələri qoruyan antioksidantla zəngin selen mənbəyidir. Mövsümündə onu qida rasionuna daxil etməklə soyuqdəymə və qripdən qorunmaq olar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru