İlin ən yaxşı mobil tətbiqləri məlum oldu

30-11-2021, 08:24           
İlin ən yaxşı mobil tətbiqləri məlum oldu
ABŞ-ın “Google” korporasiyası 2021-ci il üçün “Google Play”də ən yaxşı tətbiqlərin adlarını açıqlayıb.

İstifadəçinin seçimi kateqoriyasında qalib “Garena Free Fire MAX” oyunu olub.

“Balance: Meditation & Sleep” meditasiya proqramı ilin ən yaxşı tətbiqi seçilib.

“Google” hesab edir ki, bu tip proqramlara olan tələbat istifadəçilərin şəxsi inkişafa meylləndiyini sübut edir.

Pulsuz onlayn multiplayer oyunu “Pokemon Unite” ilin ən yaxşı oyunu olub. İstifadəçilər onu təzə, dinamik oyun və çarpaz platforma təcrübəsi səbəbindən bəyəniblər.

Mənbə: riafan.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru