Baş mühasib Əli Həsənovun oğluna və baldızına 1 milyon 180 min manat verdiyini açıqladı
1-12-2021, 00:05
Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
virtualaz.org-un xəbərinə görə, prosesdə şahidlər dindirilib.
İlk olaraq "Portos" MMC-nin baş mühasibi Kəmaləddin Abdullayev dindirilib. O, ifadəsində Vüqar Səfərlini tanıdığını deyib: "Təqsirləndirilən şəxslərdən bir neçəsini tanıyıram. Pul köçürmələrini həyata keçirmişəm. Bir dəfə köçürülən 600 min manatı təsisçinin nümayəndəsi Şamxal Həsənliyə vermişəm. Bir dəfə də Gülər Vəliyevaya 580 min manat vermişəm".
Prosesdə Əli Həsənovun oğlu Şamxal Həsənli və baldızı Gülər Vəliyevanın məhkəməyə şahid qismində dəvət olunması ilə bağlı vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.