ÜST: “Sərhədlərin bağlanması koronavirusun yayılmasını dayandırmayacaq”

1-12-2021, 08:08           
ÜST: “Sərhədlərin bağlanması koronavirusun yayılmasını dayandırmayacaq”
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq səyahətlərə tam qadağanın tətbiqinin koronavirusun yayılmasının qarşısını ala bilməyəcəyini bəyan edib.

“Hərtərəfli səyahət qadağası koronavirusun beynəlxalq miqyasda yayılmasının qarşısını almayacaq, lakin bu, həyat və dolanışıq vasitələri üçün ağır çətinliklər yaradacaq”, - deyə təşkilatdan bildirilib.

Yeni “omikron” ştammının tapılması ilə əlaqədar ÜST ölkələrə risklərin düzgün qiymətləndirilməsi və yalnız sübut olunmuş məlumatlar əsasında səyahət qadağaları tətbiq etməyi məsləhət görüb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru