Şübhələnməmək mümkün deyil
1-12-2021, 08:26
Bəzi adamlar yüksək rütbəli və vəzifəli zabitlərimizin helikopter qəzasında şəhid olması hadisəsində şübhələrə düşülməsini və ciddi araşdırma tələb etməsini qınayaraq, hadisənin sadəcə qəza olduğunu isbat etməyə can atırlar .
Hələ, ekspertləri, mutəxəsisləri demirəm, mənim kimi sadə adamlar bu hadisədə kifayət qədər şübhəli məqamları hiss edirlər .
Ən azı bunlar araşdırılmalıdır;
1. Helikopterdə olmalı olan ekipajın sayının normaya uyğun olub-olmaması
2. Bu qədər yüksək rütbəli və vəzifəli hərbiçilərin eyni helikopterdə olması,
3. Əgər döyüş təliminə gedirlərsə, ekipaj üzvlərindən paraşutun olmaması,
Bundan başqa, şəhid zabitlər hadisədən öncə yaxınlarına helikopterdən şəkil paylaşıblar. Şəkildə daha bir helekopterin olması görünür. Həmin helikopterin ekipaj üzvləri kimlərdir? Belə çıxır ki, zabitlər bir helikopterdə , əsgərlər başqa helikopterdə olublar?
Kənarda daha bir helikopter olubsa, qəza zamanı çəkilişin olmaması mümkün deyil.
Hadisə Azərbaycan – Ermənistan sərhədlərinin müzakirəsi getdiyi bir zamanda olub və şəhid olanlar sərhəd qoşunlarının zabitləridir.
Daha bir şübhəli məqam isə hadisənin Qarakənd faciəsinin baş verdiyi noyabr ayında olmasıdır.
Şübhələnməyib nə edəsən?
sozcu