Narkotikə görə həbs olunmuş 2500 vətəndaşın hamısı işsiz olub –Dövlət Komissiyası
24-03-2016, 10:25
Ötən il ölkədə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 1 ton 127 kiloqram 395,322 qram müxtəlif növ narkotik vasitələri, o cümlədən 12 min 689 ədəd çətənə kolunu dövriyyədən çıxarıb.
Bu məlumatlar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupun “Narkotiklərə nəzarət sahəsində 2015-ci ilə dair ölkə məruzəsi”ndə əks olunub. (Turan)
Məruzədə deyilir müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların 698 kq 636,109 qramı marixuana, 240 kq 097,617 qramı tiryək, 80 kq 311,795 qramı heroin, 57 kq 863,271 qramı həşiş, 62,385 qramı kokain, 50 kq 424,325 qramı psixotrop maddələr və digərləri, 1750 ədədi həb, o cümlədən 12689 ədədi çətənə kolu olub.
Hüquq mühafizə orqanları il ərzində 3 min 187 fakt aşkarlayıb. Onlardan 916-sı satış məqsədilə bu maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 2062-si satış məqsədi güdmədən narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 193-ü narkotik xassəli bitkiləri kultivasiya etmə, 16-sı isə başqa faktlar olub.
İl ərzində cinayət məsuliyyətinə 2 min 587 nəfər cəlb olunub. Onlardan 7-si 18 yaşadək, 565 nəfəri 30 yaşadək, 2 min 15-i 30 yaşdan yuxarı olanlardır. Tutulanların sosial statusu belədir: 18 nəfər fəhlə, 7 nəfər qulluqçu, 2 nəfəri nəqliyyat işçisi, 2 nəfəri orta məktəb şagirdi, 2 min 261 nəfəri işsizdir. Onlarında 2 min 535 nəfəri kişi, 52 nəfəri isə qadındır.
Məsuliyyətə cəlb olunmuş 57 nəfər xarici ölkə vətəndaşından 65 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Əcnəbilərin 31 nəfəri İran, 20 nəfəri Gürcüstan, 2 nəfəri Türkiyə, 2 nəfəri Ukrayna, 1 nəfəri Rusiya, 1 nəfəri Türkmənistan vətəndaşı olub.
Hesabatda o da qeyd olunub ki, keçən il Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində 2 min 118 (1331-i dispanser, 787-i profilaktik) nəfər qeydiyyatdan çıxıb, 2 min 17 nəfər narkotik istifadəçisi qeydiyyata alınıb. Beləliklə, ölkədə qeydiyyatdan olan narkomanların ümumi sayı 101 nəfər azalaraq 28 min 555 nəfər olub.
Xatiqrladaq ki, Respublika Narkoloji Mərkəzində 2007-ci ildə 20 min 205, 2008-ci ildə 22 min 394, 2009-cu ildə 23 min 927, 2010-cu ildə 25 min 489, 2011-ci ildə 26 min 716, 2012-ci ildə 27 min 910, 2013-cü ildə 28 min 376, 2014-cü ildə 28 min 656 narkoman qeydiyyatda olub.