ÖTƏN İL OLİQARXLARIMIZ GÜRCÜSTANA 540 MİLYON YATIRIB - Şok statistika

24-03-2016, 10:27           

ürcüstan Milli Statistika Xidmətinin məlumatına əsasən, 2015-ci ildə azərbaycanlılar bu ölkənin iqtisadiyyatına 540 milyon dollar investisiya yatırıb. Virtualaz.org Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu, qonşu ölkənin iqtisadiyyatına yatırılan birbaşa investisiyaların az qala yarısını – 40 faizindən çoxunu təşkil edir.
Azərbaycanlıların Gürcüstan iqtisadiyyatına bu cür rekord həcmdə yatırım qoymasını ölkədəki münbit iqtisadi iqlimlə əsaslandırırlar. Azərbaycandan Gürcüstana investisiya axını 2012-ci ildən sürətlə artmaqdadır.
Ötən il isə Azərbaycanda yaşanan iki devalvasiya və bundan irəli gələn valyuta axını şəraitində Gürcüstana bu qədər kapital qoyuluşu baş verib. Bildirilir ki, azərbaycanlılar pulları Gürcüstanda maliyyə sektoruna, energetikaya, otel biznesinə və nəqliyyat layihələrinə yatırıblar. Habelə investisiyaların bir hissəsi tikinti sektoruna gedib.

Nəzərə alsaq ki, Azərbaycanda milyonlar ancaq oliqarx nazirlərimizdə var, onda Gürcüstana investisiya yatıranların da onlar olduğunu söyləyə bilərik. Maliyyə böhranının olduğu ötən il Azərbaycandan Gürcüstana investisiya kimi 540 milyon dollar yatırıldığndan, əvvvəlki illərdə bu rəqəmin milyardlarla ölçüldüyü şübhə doğurmaz.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru