Azərbaycanda dəhşətli intiharın TƏFƏRRÜATI: - Uşaqlarını dərsə, yoldaşını bazarlığa göndərdi...

8-12-2021, 12:46           
 Azərbaycanda dəhşətli intiharın TƏFƏRRÜATI: -
Dekabrın 6-da Beyləqan rayonunun Baharabad kəndində İbrahimcan Muradovun özünü güllələyərək intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, 1 ay əvvəl yaşla bağlı pensiyaya çıxan 65 yaşlı İ.Muradov ailə üzvləri evdə olmayan vaxt saat 10 radələrində özünü güllələyərək intihar edib.

Bildirilib ki, daha əvvəllər də ailəli olmuş İ.Muradov ikinci evliliyindn olan uşaqları orta məktəbə dərsə göndərib, daha sonra isə onun həyat yoldaşı bazarlıq məqsədilə evdən çıxıb. Bundan sonra, evdə heç kimin olmadığı vaxt 65 yaşlı kişi tüfəngi götürərək özünə atəş açıb və həyatına son qoyub.

Yaxınlarının bildirdiyinə görə, son vaxtlar onun səhhətində problemlər yaranıb və beyinində qan dövranı pozulub. Bu səbəbdən İ.Muradov zəifləyib, hərəkət etməsi çətinləşib.

Faktla bağlı araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru