ABŞ-da İİV-ə qarşı peyvənd uğurla sınaqdan keçirilib

11-12-2021, 08:02           
ABŞ-da İİV-ə qarşı peyvənd uğurla sınaqdan keçirilib
ABŞ-da İİV-ə qarşı peyvənd uğurla sınaqdan keçirilib

ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun alimləri İİV-ə qarşı peyvəndin sınaqlarını başa çatdırıblar.

Trend xəbər verir ki, elmdə əhəmiyyətli bir irəliləyişə nail olacaq sınaqlar barədə İnstitutun saytında məlumat verilib.

Qeyd edilir ki, dərman koronavirusa qarşı peyvəndin istehsalında istifadə edilən texnologiyaya oxşar texnologiyadan istifadə edilməklə hazırlanıb. Peyvənd gəmiricilər və meymunlar üzərində aparılan sınaqlarda artıq yaxşı nəticələr göstərib və heç bir ciddi yan təsir olmayıb.

Alimlərin vurğulayıb ki, 58-ci həftəyə bütün peyvənd edilmiş heyvanlarda İİV-in 12 ştamının nümayəndələrini zərərsizləşdirə bilən anticismlər yaranıb.

Mütəxəssislər preparatı modifikasiya edib və təhlükəsizliyini yenidən yoxlacaqlar. Bundan sonra peyvənd insanlarda sınaqdan keçirilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru