Ermənistan Azərbaycanı “çirkli bomba” ilə hədələdi FOTOLAR

28-03-2016, 17:53           
Ermənistan Azərbaycanı “çirkli bomba” ilə hədələdi FOTOLAR
Deyəsən, az qala iki il bundan əvvəl haqqiz.az və virtualaz.org-un irəli sürdüyü versiya özünü doğruldur. Xatırladaq ki, 2014-cü ilin yayında saytımız ermənilərin Gürcüstanda “çirkli bomba” yığmağa cəhd edə biləcəkləri barədə yazmışdı. O zaman Gürcüstanın hüquq mühafizə orqanlarının əməkdaşları ölkəyə radioaktiv sezium-137 tərkibli zavod konteynerini gətirmək istəyən iki Ermənistan vətəndaşını saxlamışdı. Şübhəli şəxslər 1965 və 1966-cı il təvəllüdlü iki kişi idi. Onlar “Sadaxlo” nəzarət-buraxılış məntəqəsinin yaxınlığında Gürcüstanla Ermənistanın sərhədində xüsusi əməliyyat nəticəsində tutulmuşdular. Nə qədər seziumun sərhəddən keçirilməsinə cəhd göstərilməsi barədə məlumat verilmirdi.

İki il əvvəl saxlanılmış şəxslərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin iki maddəsi (gömrük qaydalarının pozulması və radioaktiv maddələrlə qeyri-qanuni davranış) üzrə cinayət işi başlanmışdı.

Arayış

Sezium-137 – sənayedə və təbabətdə istifadə olunan radioaktiv maddədir. Lakin ondan “çirkli bomba” adlanan silahın da hazırlanmasında istifadə edilə bilər ki, bu da ərazinin yüksək radioaktiv çirklənməsinə gətirib çıxara bilər. Bu barədə o zaman da haqqin.az və virtualaz.org yazmışdı.

Və bir neçə gün bundan öncə “Komandos” ləqəbi ilə tanınan erməni general-mayor Arkadi Ter-Tadevosyan, göründüyü kimi, bu məsələnin üstünü açıb.

Belə ki, Yerevanın “Lragir” nəşrinə müsahibəsində Ter-Tadevosyan Rusiyanın kredit müqabilində Ermənistana satmağı planlaşdırdığı silah-sursatın siyahısının Rusiya tərəfindən açıqlanması məsələsinə dair suala cavab verib. Bundan əlavə, o, Ermənistan ordusunun silahlarının vəziyyəti barədə yayımlanmış ətraflı məlumatı şərh edib.

“Komandos”un sözlərinə görə, “buna artıq reaksiya verilib, bildirilib ki. gizli məlumatlar açıqlanıb, amma mənə elə gəlir ki. heç bir sirr yoxdur, çünki bunlar həqiqətə uyğun deyil”.

Bundan sonra isə bəyanatın ən maraqlı hissəsi gəlir: “Bizdə elə bir silah var ki, düşmənin bundan xəbəri yoxdur. Bu silah ermənilərin əli ilə hazırlanır və ən ağır vəziyyətdə istifadə edilə bilər ki, Azərbaycan özünə gələ bilməsin. Buna görə də, mən silah-sursatın siyahısını açıqlayanları çox tənqid etmirəm. Onlar göstərməyə çalışıblar ki. guya nəsə bilirlər, amma bu Azərbaycan üçün elə də faydalı olmayıb”.


Erməni jurnalistin “yəni, Ermənistanın tamamilə başqa silahı var?” sualına cavab olaraq, Ter-Tadevosyan bildirib: “Yox, əsasən. Siyahıda adı çəkilənlərdir, lakin başqa silah növləri də var. Azərbaycan bunu çox gözəl bilir və onlar bu barədə bir-iki dəfə danışıblar”.

İlk baxışdan “Komandos”un sözlərində təzadlar var. Əvvəlcə o deyir ki, Azərbaycanın ermənilərin gizli silahından xəbəri yoxdur. Sonra isə iddia edir ki, Azərbaycan bunu çox gözəl bilir və onlar bu barədə bir-iki dəfə danışıblar.

Lakin bu yalnız ilk baxışdan təzaddır. Yadımıza salaq ki, Azərbaycanda dəfələrlə Ermənistandakı atom-elektrik stansiyasının işi ilə bağlı narahatlıq ifadə olunub və bildirilib ki, bu AES-in tullantıları Azərbaycanın işğal altında qalmış torpaqlarında toplanır.

Ehtimal irəli sürülürdü ki, ermənilərin zəngin terrorçu keçmişini nəzərə alsaq, onlar bütün dünya terrorçularının arzusunu gerçəkləşdirə və bu yaxınlarda Belçikada “bombaçılar”ın edə bilmədiklərini həyata keçirə bilərlər. Ermənistanda radioaktiv maddələrə çıxış var və saytımızın iki il bundan əvvəlki çıxışları da bunu sübut edir.

Lakin Ermənistanın “çirkli bomba”sının olmasını və bundan istifadə etməyə qərarlılığını Azərbaycanda 100% əminliklə bilmirdilər. “Komandos” sağ olsun ki, indi “ermənilərin əli ilə hazırlanan və ən ağır vəziyyətdə Azərbaycan özünə gələ bilməsin deyə istifadə edilə bilən” silahın mövcudluğu barədə bilirik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.