Avropaya biri 50 min avrodan 60 canlı bomba “hədiyyəsi” necə hazırlanıb? – Qərb nəşrindən şok iddia

29-03-2016, 00:01           
Avropaya biri 50 min avrodan 60 canlı bomba “hədiyyəsi” necə hazırlanıb? – Qərb nəşrindən şok iddia
İtaliya qəzeti İŞİD-in məxfi xidmətinin intiharçı bombaları qitədə necə yerləşdirməsindən, “dövlət içində dövlət”dən yazır; Azərbaycanın götürəcəyi dərslər də var...

Parisdəki terror olaylarının ardınca Brüsselə edilən son terror hücumları Avropa ölkələri toplumları ilə yanaşı, onların təhlükəsizlik sistemlərini də silkələdi, bu sistemlərdəki ciddi boşluqları üzə çıxardı. Həmin boşluqlar haqda Qərb ekspertləri və nəşrləri kifayət qədər sərt tənqidi şərhlər, təhlili məqalələr dərc etməkdədir.

Eyni zamanda İŞİD qruplşamasının terror fəaliyyətindəki “uğurları”nın başqa səbəbləri də göstərilir. Bu xüsusda edilən tənqidlər təbii ki, Azərbaycan üçün də mühüm önəm daşıyır.

*****

“Paris və Brüsseldə terror aktları törədən terror qruplaşması tam məhv edilməyib: daha 20 “mürgüləyən” agent var”.

Musavat.com-un məlumatına görə, bu barədə İtaliyanın nüfuzlu “La Stampa” qəzeti özünün son sayında yazıb. Məqalə müəlliflərinə görə, Avropa torpaqlarında terror aktlarının təşkili ilə İŞİD-in xüsusi xidmətləri məşğul olur (yeri gəlmişkən, bu yaxınlarda BBC İŞİD rəhbərliyində hər sahə üzrə yüksək peşəkarlığa malik şəxslərin təmsil olunduğunu yazmışdı –red.).

“Bu strukturlar 1500 nəfəri əhatə edir və ən yaxşı insan və material resurslarına malikdir. Orada aparıcı rolu əcnəbilər oynayır. Bu, dövlət içində dövlətdir – hansı quruma ki, adi “silahlılar” nifrət edir. Saxlanılan dezertir cihadçılardan alınmış məlumatlara görə, 2015-ci ildə bu struktur Avropaya Əbdülhəmid Abaud başda olmaqla 50 xarici terrorçu göndərib. Onların qarşısında Fransa, Belçika və Böyük Britaniyada terror yaymaq vəzifəsi qoyulub. Onlardan ən azı, 20-si hələ də sərbəst gəzir” - qəzet qeyd edir.

Məqalədə daha sonra deyilir: “Qrup yarım-muxtar və ya müstəqil özəklərdən ibarətdir. Onlardan hətta biri neytrallaşdırılsa, digərləri zərbə vurmağa davam edə bilərlər. Kamikadzelərə hansısa tərəddüd olacağı təqdirdə məsafədən düyməyə basmağa hazır “koordinatarorlar” nəzarət edir. Onların hamısına isə “Xarici Təhlükəsizlik Departamenti” nəzarət edir. “Amn əl-Xaric – İŞİD-in dörd təhlükəsizlik strukturlarından ən mühümüdür”.

2015-ci ilin noyabrınadək Departamentə Əburəhman əl-Tunisi rəhbərlik edib: “O, Paris terror aktlarından sonra ABŞ-ın həyata keçirdiyi reyd zamanı öldürülüb. əl-Tunisi informasilayaların ötürülməsi, adamların yerləşdirilməsi, maliyyə və silah məsələlərini koordinasiya edir, Qərbdəki terror aktlarının icrasına cavabdehlik daşıyırdı. Əcnəbi silahlılarının düşərgələrdə hazırlığı ilə isə 2015-ci ildə İŞİD sıralarından fərarilik eləmiş Hələbdən olan suriyalı Əbu Xalid məşğul olurdu. Jurnalist Maykl Veysin sözlərinə görə, sıravi döyüşçülər və xüsusi xidmətdən olanlar bir-birini sevmirlər: “Onların hazırlığı ilə məşğul olanda mənim hərbi dostlarım mənə deyirdilər ki, sən kafirlərlə əlaqədəsən. Fransada həbs olunan digər əcnəbi döyüşçü Nikol Moro deyib: “Avropaya göndərilən hər bir silahlı 50 min avro alır”. Məhz o, Abaudun ləqəbini acıqlayıb – Əbu Ömər. Müstəntiqlər bundan sonra başa düşdülər ki, məhz Əbu Ömər Avropa terror aktları törətməyi planlaşdırılan qrupa rəhbərlik edib. Abaud 60 xarici terrorçunun yerləşdirilməsinə şəxsən rəhbərlik edib. Cihadçılar onun rəhbərliyi altında Balkan marşrutu üzrə hərəkət ediblər. Əbu Ömər ödənc alan mücahidlərin hamısının adlarını bilən yeganə adam idi”.

İtalyan nəşri daha sonra yazır: “Abaud Sen-Denidə keçirilən blits-əməliyyat zamanı öldürülüb. Ancaq struktura fəaliyyətini davam etdirir. Ona görə ki, terror özəkləri bir-birinə bağlı deyil. Məxfi xidmətlər məhz elə bu praktikadan istifadə edir: əgər kimsə düşmən əlinə keçirsə, o, heç kimi “ələ verə” bilmir, hətta işgəncə verilsə belə. Həmçinin, srağagün həbs edilən “jurnalist-terrorçu” Feysəl Şefu kimi “koordinatorlar” da var – onu silahlıları daşıyan taksi sürücüsü tanımışdı. Avropa kəşfiyyatındakı mənbələr deyir ki, bu “koordinatorlar” müstəqil hərəkət edirlər və özlərini partlatmamalıdırlar. Onlar hər şeyin plan üzrə getməsini müşahidə edir, ehtimal ki, silah da gəzdirirlər. Kamikadzelərin üstündəki bombaların ikinci pultunun onlarda olmasına dair şübhələr də var. Bu pultdan birinci pultda problem yaranarkən istifadə edilə biləcəyi güman olunur”.

Müəlliflərə görə, bundan əlavə, özəklər arasında əlaqələndiricilər də mövcuddur: “Parisdəki silahlı qruplaşma ilə Brüsseldəki qruplaşma arasında əlaqələndirici əlcəzairli Mühəmməd Belkaid ola bilərdi. O, Saleh Abdesalamın tutulduğu reyd zamanı öldürülüb. “Dağınıq özəklər” nəzəriyyəsinin mahiyyəti bundan ibarətdir. Onun mövcudluğunu “Hizbullah”ın xüsusi dəstəsinin operativ əməkdaşı Əbu Saleh də təsdiqləyir”.

“Əcnəbi silahlılar var ki, Avropa geri dönür. Həmçinin, silahlılar var ki, qaçqın kimi, kütləyə qarışaraq gəlirlər. Hər özək eyni zonada yaşayan, bir-birini tanımayan və eyni adama tabe olmayan 5 nəfərdən ibarətdir. Abaudun 60 nəfərlik qrupundan indi yarıdan azı qalıb. Onlar daim hazırlıq vəziyyətindədir: İŞİD-in bəyanatlarında məhz belə “məxfi özəklər” barədə danışılırdı“ – sonda qeyd edir qəzet.

Siyasət şöbəsi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.