Azərbaycanda ət BAHALAŞDI - VİDEO

14-01-2022, 13:03           
Azərbaycanda ət BAHALAŞDI - VİDEO
Paytaxt Bakıda ət kəsimi yerlərində quzu ətinin qiyməti bahalaşıb.

Əmlik quzu ətinin qiyməti "cib yandırır".

Satıcılar bildirirlər ki, bahalşma bir neçə gündür olub.

Satıcılara görə, bahalaşmasının səbəblərindən biri xüsusilə qış aylarında yaşanan quzu qıtlığıdır. Onlar bölgələrdən quzunu indi daha baha aldıqlarını deyirlər.

Fermerlər də qiymətin yerində artdığını təsdiq edirlər. Bildirirlər ki, son günlər yaşanan qiymət dəyşiklikləri, xüsusilə ot və yemin baha olması səbəbindən əmlik quzuların qiymətləri də qalxıb.

Bildirilir ki, yaxın aylarda quzu ətinin ucuzlaşacağı gözlənilmir.

Teref.az Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru