II Elizabetin uzunömürlülüyünün və aktivliyinin dörd sirri açıqlanıb - FOTO

19-01-2022, 10:13           
II Elizabetin uzunömürlülüyünün və aktivliyinin dörd sirri açıqlanıb - FOTO
Britaniya kraliçası II Elizabet 95 yaşı olmasına baxmayaraq, hələ də kralliyyət vəzifələrinə icra edir və aktiv olaraq qalır.

Express nəşri bunun səbəbləri barədə araşdırma aparıb və gəldiyi bəzi qənaətləri oxucularla bölüşüb.

İlk olaraq bildirilir ki, kraliça sadə nahar və şam yeməyinə üstünlük verir. Keçmiş aşpazı Darren Makqradinin dediyinə görə, o, balıq və ya ət yeməklərini tərəvəz qarnirləri ilə yeməyə üstünlük verir.

II Elizabet kartof və makaron kimi karbohidratları istehlak etməməyə çalışır. O, axşam saatlarında bu məsələdə xüsusilə sərtdir. Aşpazın sözlərinə görə, kraliça üçün tipik şam yeməyi qurudulmuş ispanaqlı Duver kambaladır.

Kraliçanın sağlamlığının başqa bir sirri gün ərzində dörd dəfə yeməsidir: səhər yeməyi, nahar, günorta çayı və şam yeməyi.

Bundan əlavə, Britaniya kraliçası müntəzəm olaraq fiziki məqlər edir. II Elizabetin heç vaxt fitnes həvəskarı olmamasına baxmayaraq, onun qrafikində hər zaman yüngül idman hərəkətləri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru