“Omikron” və “Delta”nın orqanizmə bir-birindən fərqli təsirləri açıqlandı

20-01-2022, 10:19           
“Omikron” və “Delta”nın orqanizmə bir-birindən fərqli təsirləri açıqlandı
Koronavirusun “Omikron” ştammı insan orqanlarına fərqli təsir göstərməyə başlayıb.

Bu barədə amerikalı genetik Dmitri Pruss xəbərdarlıq edib.
Onun sözlərinə görə, bu virus “Delta”dan fərqli olaraq ağciyərlərə daxil olmur, əsasən orta tənəffüs yollarına hücum edir.

Ekspert koronavirusun bu cür təsirinin COVID-19-u ağır keçirən insanlarda müşahidə olunduğunu vurğulayıb.

“Omikron” üçün orta tənəffüs yollarının bronxioliti, “Delta” üçün isə ağciyərlərin, alveolların daha dərin zədələnməsi xarakterikdir”, - deyə genetik izah edib.

O, həmçinin qeyd edib ki, COVID-19-u yüngül və orta dərəcədə keçirən xəstələr üçün “Delta” ilə müqayisədə simptomlarda böyük fərq görünmür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru