Pandemiya: Koronavirusa yoluxan prezidentlər...
8-02-2022, 00:02
Bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Erdoğan koronavirusa yoluxub.
Bu barədə dövlət başçısı "Twitter hesabında paylaşım edib.
Onlarda "Omikron" ştammının aşkarlandığını yazan Ərdoğan xəstəliyi yüngül keçiridiklərini qeyd edib.
"İşimizin başındayıq. İşlərimizi evdən davam etdirəcəyik. Dualarınızı gözləyirik", - deyə Türkiyə Prezidenti yazıb.
İndiyədək bir çox ölkə başçısı koronavirusa yoluxaraq sağalıb.
Cebhe.info koronavirusa yoluxan ölkə başçılarını araşdırıb.
*Bu gün Honduras Prezidenti Siomara Kastro koronavirusa yoluxub.
Prezident bu barədə Twitter səhifəsində yazıb.
O, xəstəliyi yüngül keçirsə də, məsafədən işləyəcəyini açıqlayıb.
*Bu ilin əvvəlində Botsvana Prezidenti Mokvetsi Masisinin karonavirus testinin cavabı müsbət olub.
Bu barədə hökumətin bəyanatında deyilir.
“Prezident koronavirus infeksiyası üçün verdiyi testin cavabı müsbət çıxıb.
O, COVID-19-un yüngül simptomları üçün müalicə alır. Səlahiyyətlərini müvəqqəti olaraq ölkənin vitse-prezidenti təhvil verib”, məlumatda bildirilib.
*Bu ilin yanvarında Polşa Prezidenti Andjey Duda ikinci dəfə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Bu barədə prezidentin mətbuat katibi Pavel Şrot "Twitter"də bildirib.
"Prezident aparatında və prezidenti müşayiət edən şəxslər arasında xəstəlik halları ilə əlaqədar prezident Duda koronavirus testindən keçib və nəticə müsbət çıxıb. Prezident özünü yaxşı hiss edir, kəskin simptomları yoxdur, həkimlərin nəzarəti altındadır”, - Şrot yazıb.
Qeyd edək ki, Prezident Duda ilk dəfə 2020-ci ilin oktyabrında koronavirusa yoluxub.
*Çexiya Prezidenti Miloş Zeman ötən ilin noyabrında koronavirusa yoluxub.
Bu barədə yerli TV məlumat yayıb.
Bildirilib ki, M.Zeman noyabrın 25-də evə buraxıldığı xəstəxanaya geri qayıdıb. Onun testi ikinci dəfə müsbət çıxmışdı.
*Boliviya Prezidenti Jeanine Anez koronavirusa yoluxub.
Rəsmi sosail media hesabından açıqlama verən, 53 yaşlı xanım prezident koronavirus test nəticəsinin müsbət olduğunu bildirib.
Bildirək ki, Boliviyada səhiyyə naziri də daxil olmaqla 7 nazirin koronavirusa yoluxub. Dövlət başçısının da bu şəxslər tərəfindən yoluxduğu bildirilir.
*Paraqvay Prezidenti Mario Abdo Benites yeni növ koronavirusa yoluxan ölkə başçılarındandır.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, dövlət başçısı ölkənin birinci xanımı Silvana Lopezin koronavirus testi müsbət çıxdıqdan sonra özünü təcrid edib.
Belə ki, Paraqvay prezidenti koronavirusa qarşı peyvənd olunub.
*Fransa Prezidenti Emmanuel Makron 2020-ci ildə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Qeyd olunub ki, Fransa Prezidentinin koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Fransanın dövlət başçısı növbəti 7 gün ərzində özünü təcrid edib.
*Bundan əlavə ABŞ-ın keçmiş prezident Donald Tramp da səlahiyyəti dövründə koronavirusa yoluxanlardan olub.
O və xanımı Melanya Tramp COVID-19-a yoluxub.