Aspirin, kardiomaqnil koronavirusdan qoruyurmu? - Türk həkimdən cavab

8-02-2022, 08:16           
Aspirin, kardiomaqnil koronavirusdan qoruyurmu? -
Pandemiya ərəfəsində infeksiyaya yoluxmamaq üçün müalicə zamanı və ya peyvənddən sonra qandurulducu dərmanların ümumi istifadəsi kütləvi hal aldı.
Teref.az medicina.az-a istinadən xəbər verir ki, türkiyəli ürək cərrahı Barış Caynak insanların qandurulduculara qoruyucu kimi baxmasına münasibət bildirib.

"Əgər siz koronavirusa yoluxmusunuzsa, aspirin istifadə etməyiniz tövsiyə edilir, ancaq həkiminiz lazım gəldiyi təqdirdə qan durulaşdırıcı dərmanlar məsləhət görə bilər. Bu, xəstəlik vəziyyətinizin nə qədər ağırlaşmasından asılıdır.

Bununla belə, qandurulducular sizi xəstəlikdən qorumur. Həm peyvənddən sonra əlavə faydaları da yoxdur.

Amma bütün bu proseslərdən əvvəl ürək xəstəliyinizlə əlaqədar təyin olunan qan durulaşdırıcılardan istifadə etməlisiniz. Ürək və ya digər damarlarında stenoz (darlıq) diaqnozu qoyulan, by-pass və ya stent qoyulmuş xəstələr mütləq qandurulduculardan istifadə etməlidirlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru