Paleontoloqlar başında beyni əvəzinə ifrazat olan fosilləşmiş balıq tapıblar - FOTO

8-02-2022, 09:33           
Paleontoloqlar başında beyni əvəzinə ifrazat olan fosilləşmiş balıq tapıblar - FOTO
ABŞ-ın Merilend ştatında, Kalvert-Kliffs Parkında qazıntılar zamanı paleontoloqlar başı koprolitlərlə - qalıqlaşmış nəcislə dolu fosil balıq qalıqları tapıblar.

Müasir dəniz inəklərinin qohumu olan qədim “Astroscopus countermani” balıqlarının başındakı ifrazat toplarının eni 2 mm və uzunluğu 5 mm-ə çatır. Elm adamları bunun leşyeyənlərin, çox güman ki, qurdların ifrazatı olduğunu düşünürlər.

“Kiçik fosillər keçmiş haqqında çox şey deyə bilər. Hər bir fosil növünün öz tarixi var, o, digər məlumatları tamamlayır, bizə antik dövrün daha dəqiq mənzərəsini yaratmağa kömək edir. Bütün bu fraqmentlər Yer üzündə həyatın inkişaf tarixini yenidən qurmaq üçün lazımdır”, - paleontoloq Alin Gilardi alimlərin koprolitlərə olan marağının səbəbini izah edib.




Mənbə: NOJ












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru