Həkim “omikron”un ən ağrılı simptomlarından danışıb - FOTO

8-02-2022, 09:43           
Həkim “omikron”un ən ağrılı simptomlarından danışıb - FOTO
“Omikron” ştammına yoluxan xəstələrdə boğaz ağrısı, şiddətli baş ağrıları və mədə ağrıları kimi ağrılı simptomlar müşahidə olunmağa başlayıb. Bu barədə rusiyalı infeksionist Yevgeni Timakov bildirib.

““Omikron” ilə ən ağrılı simptom şiddətli boğaz ağrısı, çox şiddətli baş ağrısı və apandisiti xatırladan şiddətli qarın ağrısıdır”, - deyə o, bildirib.
Xəstələrin şikayət etməyə başladığı digər problem bel nahiyəsində və bel əzələlərində yaranan ağrılar olub. Lakin onların dəqiq səbəbi hələlik məlum deyil.

Timakov qeyd edib ki, qadınlar daha çox belə şikayətlərlə müraciət edirlər, lakin ağrılar çox güman ki, reproduktiv sistem orqanlarının zədələnməsi ilə bağlı deyil.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru