Fransada yeni tapılan qurd növünə “Covidum” adı verilib - FOTO/VİDEO

8-02-2022, 11:53           
Fransada yeni tapılan qurd növünə “Covidum” adı verilib - FOTO/VİDEO
Fransa və İtaliyanın bağlarında tapılan çəkic başlı qurdların yeni növü kovidin şərəfinə “Humbertium covidum” adlandırılıb. Onurğasızların Avropaya Asiyadan gəldiyi güman edilir.

Bu barədə “ScienceAlert”də məlumat verilir.

““Covidum” adı bütün dünyada pandemiyanın çoxsaylı qurbanlarının xatirəsinə hörmət olaraq seçilib. Bundan əlavə, araşdırmanın çoxu karantin zamanı hazırlanıb”, - deyə o, bildirib.
Uzunluğu üç santimetrə qədər olan “Humbertium covidum” ​​qara metal rəngində olur. Üzərində zolaqlar və ləkələr yoxdur, bu da çəkic başlı qurdlar üçün çox nadirdir.

Bağırsağın tərkibinin təhlili göstərib ki, “Humbertium covidum” kiçik ilbizlərlə qidalanır.

Alimlər həmçinin çəkic başlı qurdların daha bir yeni növünü - “Diversibipalium mayottensis” aşkar ediblər. O, Mozambik kanalında, Fransanın xaricdəki bölgəsi olan Mayotte arxipelaqında yaşayır.

Bu qurd ölçüsünə görə “Humbertium covidum”a bənzəyir, lakin rəngi qəhvəyidir və üzərində mavi-yaşıl ləkələri olur.

oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru