Postkovid sindromundan xilas yolu açıqlandı

9-02-2022, 09:28           
Postkovid sindromundan xilas yolu açıqlandı
Fiziki fəaliyyət postkovid sindromu üçün reabilitasiya vasitəsidir.

Bu barədə Rusiyanın Beynəlxalq Tibbi Klaster Fondunun baş direktorunun məsləhətçisi və ümumi praktikant Yaroslav Aşıxmin bildirib.

“Postkovid sindromunun dərman preparatları ilə heç bir müalicəsi yoxdur. Adamlar gəlir, çox narahatdırlar, dərman istəyirlər. Kömək edən yeganə şey isə reabilitasiyadır və bütün postkovid reabilitasiya fiziki aktivliyin tədricən, sistematik artmasına əsaslanır”, - deyə həkim tövsiyəsini verib.


Onun sözlərinə görə, həkimlərin COVİD-19 keçirəndən sonra məsləhət gördüyü xüsusi idman növü yoxdur, insan ən çox bəyəndiyi şeyi tətbiq edə bilər.

“Bu gün belə bir nəticəyə gəlirik ki, xəstəlik nə qədər ağır olarsa, fiziki fəaliyyət də bir o qədər vacibdir. Heç bir əks göstəriş yoxdursa, sağlamlıq vəziyyəti normaldırsa və ürək yaxşı işləyirsə, ağciyərlərdə hər şey yaxşıdırsa, sağalma əldə edilibsə, idman tövsiyə edilməlidir”, - deyə o vurğulayıb.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru